Həsənov Məhəmməd Seyidalı oğlu
1930-cu il martın 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1946-cı ildə Qaryagində (indiki Füzulidə) Pedaqoji texnikumu əla attesttla, 1953-cü ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir. Azərbaycan Müəllimləri…