Aydın Dadaş oğlu Aslanov 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. 1955-ci ildə Cəbrayıl rayonundakı M.Qorki (Mehdi Mehdizadə) adına orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1960-cı ildə mühəndis-geoloq kimi institutu başa vurmuşdur.
A.Aslanov 1971-ci ildə dissertasiya müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1971-ci ildən Azərbaycan Dövlət Universitetinin dosenti olmuş, 1989-cu ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir. A. Aslanov 1990-cı ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetinin “Ümumi geologiya və hidrologiya” kafedrasının professoru vəzifədə çalışmışdır.
Bakı Dövlət Universitetində çalışdığı müddətdə A. Aslanov elmi-pedaqoji fəaliyyətini geniş şəkildə davam etdirmiş, gənc elmi kadrların hazırlanmasında böyük əmək sərf etmişdir. Onun rəhbərliyi altında müxtəlif ölkəlrdən olan aspirant və dissertantları müvəffəqiyyətlə dissertasiya müdafiə etmişlər.
Alimin yüzlərlə məqaləsi Azərbaycanda 50-dən çox elmi məqaləsi xarici ölkələrdə çap edilmişdir.
Görkəmli alim 2001-ci ildə dünyasını dəyişmişdir.
Aslanov Aydın Dadaş oğlu -Geologiya-mineralogiya elmləri namizədi, professor