Xudafərin körpüləri

       Xudafərin körpüləri Azərbaycanın zəngin memarlıq irsinin parlaq nümunələrindən biri olmaqla, Araz çayı üzərində, Cəbrayıl rayonu ərazisində yerləşir və tarixən ölkənin şimalı ilə cənubunu birləşdirən mühüm nəqliyyat və ticarət arteriyası funksiyasını yerinə yetirmişdir. Körpülər orta əsrlərdə Cənubi və Şimali Azərbaycanın şəhərlərini birləşdirən karvan yolunun, o cümlədən Böyük İpək Yolunun üzərində yerləşərək iqtisadi, mədəni…

ətraflı oxu

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

     «Böyük Qayıdışa dair I Dövlət Proqramı»na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ümumulikdə 50 ailədən ibarət növbəti köç karvanı yola salınıb.     Proqram çərçivəsində bu günə qədər cəmi 615 ailə — 2690 nəfərin Cəbrayıl şəhərinə köçürülməsi təmin edilmişdir ki, onlardan 423 ailə 1869…

ətraflı oxu

Həşim Məhid oğlu Kərimov

Kərimov Həşim Məhid oğlu 01 iyul 1925- ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndində anadan olmuşdur. 1943 -cü ildə hərbi xidmətə çağırılmış, lakin ön cəbhədə yox, 4 nəfər Cəbrayıllı ilə 6 il Yardımlı sərhəd zastavasında qulluq etmişdir. 1950-ci ildə Cəbrayıl milis şöbəsində milis nəfəri vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1951 -ci ilin may ayında rayon maliyyə şöbəsinin…

ətraflı oxu

“Kəndimizə qayıdırıq”

4 May 2025-ci il tarixdə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə rayonumuzun Daş Veysəlli kəndində Böyük Qayıdışın sevincini özündə əks etdirən “Kəndimizə qayıdırıq” adlı el şənliyi təşkil olundu. Bu böyük el şənliyində şəhid ailələrinin nümayəndələri, qazilər, kənd ağsaqqalları, ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Şənlik kəndin tanıtım lövhəsi yanında ağacəkmə aksiyası və qurban kəsilməsi…

ətraflı oxu

Həsənov Məhəmməd Seyidalı oğlu

1930-cu il martın 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1946-cı ildə Qaryagində (indiki Füzulidə) Pedaqoji texnikumu əla attesttla, 1953-cü ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir. Azərbaycan Müəllimləri…

ətraflı oxu

Məmmədov Əli Ruf oğlu

    Əli Ruf oğlu Məmmədov 15 mart 1947-ci il Azərbaycan respublikası Cəbrayıl rayonu Maralyan (Aşağı Maralyan) kəndində dəmir yolçu ailəsində anadan olub.    1954-cü ildə Maralyan 8-illik məktəbinə daxil olub 1962-ci ildə 8-ci sinifi bitirib.1962-ci il tarixdə Bakı Dəmir Yolu Nəqliyyatı texnikomuna Hərəkətin təşkili və istismarı fakultəsinə daxil olub, 1966-cı ildə bitirib. 1966 ci…

ətraflı oxu
Yuxarı