Novruz Məhəmməd oğlu Quliyev

    Novruz Quliyev 1952-ci il martın 22-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1977-ci ildə SSRİ EA-nın Biokimya İnstitutunun aspiranturasını bitirib. 1978-ci ildə biologiya elmləri namizədi və 1992-ci ildə biologiya elmləri doktoru alimlik dərəcələrini alıb.
    2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilb. 1974-cü ildə əmək fəaliyyətinə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda başlayıb. 1981-ci ilin may ayından AMEA-da böyük, aparıcı elmi işçi vəzifələrində çalışmışdır və hal-hazırda Botanika İnstitutunda laboratoriya müdiri vəzifəsində işləyir.
    1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
  2005–2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışmışdır. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilmişdir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Yuxarı