Dərgah Humay oğlu Qüdrətov — Tarix elmləri doktoru, professor

Dərgah Humay oğlu Qüdrətov 1929-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1946-cı ildə Cəbrayıldakı M.Qorki (M.Mehdizadə) adına orta məktəbi, 1951-ci ildə APİ-nin Tarix fakültəsini bitirmişdir. 1962-ci ildə namizədlik, 1970-ci ildə doktorluq desertasiyasını müdafiə etmişdir. Uzun illər ADPU-nun tarix fakültəsinin dekanı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə “Əməkdar müəllim” fəxri adına…

ətraflı oxu

Fazil Eyvaz oğlu Abbasov

    Fazil Abbasov 1950-ci il dekabr ayının 8-də Azərbaycanın Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir.    F. Abbasov 1973–86-cı illərdə M. A. Topçubaşov adına Klinik və Eksperimental Cərrahlıq İnstitunda kiçik elmi işçi, baş elmi işçi, kəskin ürək çatışmazlığı laboratoriyasının müdiri işləmiş, 1986–91-ci illərdə Elmi Tədqiqat Rentgenologiya, Radiologiya…

ətraflı oxu

Allahverdi Əmənullah oğlu Verdizadə

1914-cü ildə Qaryagin qəzasının Soltanlı kəndində anadan olub. 1930-cu ildə Qaryağın (Füzuli) rayonunda II dərəcəli məktəbi bitirmişdir. 1933-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) kimya-biologiya şöbəsini bitirmiş, 1945-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1967-ci ildə professor elmi adına layiq görülmüşdür. 15-dən çox kitabın, dərsliklərin, 120-dən artıq elmi məqalənin müəllifidir. Uzun müddət kənd…

ətraflı oxu

Vahid Aslan oğlu İsmayılov

24 oktyabr 1931-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. 1953-cü ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Müxtəlif vaxtlarda aqronom, kolxoz sədri işləmişdir. İşgüzarlığını və yüksək mənəvi keyfiyyətlərini nəzərə alıb onu partiya işinə çəkmişlər. 1965–1983-cü illərdə Zəngilan, Ağcabədi, Jdanov (indiki Beyləqan) rayonlarında birinci katib işləmişdir. Bir neçə çağırış Ali Sovetin deputatı, Ali Sovetin…

ətraflı oxu

Teymur İmamqulu oğlu Quliyev

1888-ci ildə Qaryagin qəzasının Cəbrayıl kəndində kəndli ailəsində anadan olmuşdur. O, ilk təhsilini iki sinifli kənd məktəbində almış, 1909-cu ildə məktəbi bitirib Gürcüstanın Qori şəhərinə gedərək seminariyaya daxil olmuşdur. 1914-cü ildə Qori müəllimlər seminariyasını müvəffəqiyyətlə bitirən T. Quliyev gənc müəllim kimi Cəbrayıl kəndinə gəlmiş və iki sinifli kənd məktəbində 1918-ci ilin ortalarına kimi müəllimlik etmişdir….

ətraflı oxu

Arif Həsən oğlu Həsənov

    A.Həsənov 1939-cu il iyun аyının 6-dа Bаkı şə­hərində ziyalı ailəsində аnа­dаn оlmuş­­dur. 1961-ci ildə M.V.Lоmоnоsоv аdınа Mоskvа Dövlət Univеrsitе­tinin Neft və qaz yataqları­nın kəşfiyyatı və geologiyası fakültəsini bitir­mişdir.    A.Həsənov 1967-ci ildə geologiya-mi­ne­ralogiya üz­rə fəlsəfə doktoru və 1988-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərə­cələrini, 1998-ci ildə professor elmi adını almış, 2001-ci ildə…

ətraflı oxu

Tofiq İsmayıl oğlu Hacıyev

    Azərbaycan Milli Elmlər Aka­de­miya­sı­nın həqiqi üzvü Tofiq İsmayıl oğlu Ha­cı­yev 1936-cı il­də Cəbrayıl rayonunun Sol­tan­lı kən­­dində anadan olmuşdur. Soltanlı kənd orta məktəbini bitirdikdən sonra 1953-cü il­də Azər­­bay­can Dövlət Univer­site­tinin (indi­ki Ba­kı Dövlət Universitetinin) Fi­lolo­gi­ya fa­­kül­tə­sinə qəbul olun­muşdur. 1958-ci ildə ali təh­silini fərq­lənmə dip­lo­mu ilə bitirərək Dil­çi­lik ix­tisası üz­rə aspiranturaya qəbul edil­miş­dir. 1962-ci ildə…

ətraflı oxu

Hüseynov Əşrəf İskəndər oğlu

    Hüseynov Əşrəf İskəndər oğlu 1907-ci il sentyabrın 20-də Cəbrayıl rayonu­nun Əmir­var­lı kəndində anadan olmuşdur.    1931-ci ildə Azərbaycan Dövlət Uni­ver­sitetini bitirmişdir.   Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (1938), fizika-riyaziyyat üzrə elmlər doktoru (1948) elmi dərəcəsini, professor elmi adını almış, 1963-cü ildə AEA müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmisdir.   Azərbaycan Dövlət Universitetində (indiki BDU)…

ətraflı oxu

Həsən Məmməd oğlu Həsənov

Həsən Məmməd oğlu Həsənov 5 dekabr 1904-cü ildə Cəbrayıl qəzasının Soltanlı kəndində əkinçi ailəsində anadan olmuşdur. Həmin kənddə 1913-cü ildə rus-tatar məktəbi açıldıqda Həsən Həsənov məktəbin birinci sinfinə daxil olmuş və 1916-cı ilədək orada oxumuşdur. 1916-cı ildə müharibə səbəbindən oxuduğu məktəb bağlanmış və Həsən Həsənov kənd təsərrüfatı işləri ilə məşğul olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra doğulduğu Soltanlı kəndində 1-ci dərəcəli məktəb…

ətraflı oxu

Fərzəliyev Yusif Mәmmәdәli oğlu

24 dekabr 1925-ci ildə  Cәbrayıl r-nunun Xubyarlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı şəhrinə gəlmişdir. Əmәk fәaliyyәtinә 1944 ildә neft sәnayesindә başlamış, operator kömәkçisi, operator, usta, sahә rәisi, mәdәn müdiri vәzifәlәrindә çalışmışdır. 1960-cı ildə  Sosialist Əmәyi Qәhrәmanı , 1964-cü ildə Azәrbaycan SSR neft ustası fəxri adlarına layiq görülmüş.  Lenin ordeni vә medallarla tәltif…

ətraflı oxu
Yuxarı