24 oktyabr 1931-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. 1953-cü ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Müxtəlif vaxtlarda aqronom, kolxoz sədri işləmişdir. İşgüzarlığını və yüksək mənəvi keyfiyyətlərini nəzərə alıb onu partiya işinə çəkmişlər. 1965–1983-cü illərdə Zəngilan, Ağcabədi, Jdanov (indiki Beyləqan) rayonlarında birinci katib işləmişdir.
Bir neçə çağırış Ali Sovetin deputatı, Ali Sovetin Rəyasət Heyətinin üzvü olmuşdur. Sov. İKP MK-nın plenumlarına, qurultaylarına nümayəndə, Ali Sovetin Rəyasət Heyətinin, Mərkəzi Komitənin üzvü olmuşdur.
1971-ci ildə Lenin , 1973-cü ildə Oktyabr İnqilabı , iki dəfə (1966, 1981) Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.
Vahid Aslan oğlu İsmayılov