Dərgah Humay oğlu Qüdrətov — Tarix elmləri doktoru, professor

Dərgah Humay oğlu Qüdrətov 1929-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur.
1946-cı ildə Cəbrayıldakı M.Qorki (M.Mehdizadə) adına orta məktəbi, 1951-ci ildə APİ-nin Tarix fakültəsini bitirmişdir. 1962-ci ildə namizədlik, 1970-ci ildə doktorluq desertasiyasını müdafiə etmişdir. Uzun illər ADPU-nun tarix fakültəsinin dekanı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
2007-ci ildə dünyasını dəyişmişdir.

Yuxarı