Fərzəliyev Yusif Mәmmәdәli oğlu

24 dekabr 1925-ci ildə  Cәbrayıl r-nunun Xubyarlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı şəhrinə gəlmişdir. Əmәk fәaliyyәtinә 1944 ildә neft sәnayesindә başlamış, operator kömәkçisi, operator, usta, sahә rәisi, mәdәn müdiri vәzifәlәrindә çalışmışdır. 1960-cı ildə  Sosialist Əmәyi Qәhrәmanı , 1964-cü ildə Azәrbaycan SSR neft ustası fəxri adlarına layiq görülmüş.  Lenin ordeni vә medallarla tәltif olunmuşdur.
02 may 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir

Yuxarı