Sərxan Abdullayev 1942-ci il martın 17-də Cəbrayıl rayonunun Papı kəndində anadan olub. 1949–52-ci illərdə Papı kənd ibtidai və Çərəkən yeddiillik məktəbində oxuyub.
· 1959-cu ildə Horovlu kənd orta məktəbini bitirib
· 1959-cu ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Alman dili fakültəsinə qəbul olunub
· 1965-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi saxlanılıb
· 1966-cı ildən Alman dili kafedrasında müəllim işləyir
· Kafedrada əvvəlcə baş müəllim, sonra dosent vəzifələrində çalışıb, bir müddət Roman-german filologiyası kafedrası ilə əməkdaşlıq edib
· 1971-ci ildə namizədlik dissertasiyası müdafiə edib
· 1975–76-cı illərdə germanistikanın mərkəzi sayılan Leypsiq şəhərində (Almaniya) Karl Marks adına universitetdə 10 aylıq ixtisasartırma kursunda olmuşdur
· 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib
· 1993-cü ildə Alman dili kafedrasının professoru seçilib
· 1976–2003-cü illərdə Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb
· 2003–2009-cu illərdə Alman dili kafedrasının müdiri vəzifəsində işləyib
· Hal-hazırda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir
· Ailəlidir, 4 övladı var