Sərxan Əvəz oğlu Abdullayev

 

Sərxan Abdullayev 1942-ci il martın 17-də Cəbrayıl rayonunun Papı kəndində anadan olub. 1949–52-ci illərdə Papı kənd ibtidai və Çərəkən yeddiillik məktəbində oxuyub.

·         1959-cu ildə Horovlu kənd orta məktəbini bitirib

·         1959-cu ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Alman dili fakültəsinə qəbul olunub

·         1965-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi saxlanılıb

·         1966-cı ildən Alman dili kafedrasında müəllim işləyir

·         Kafedrada əvvəlcə baş müəllim, sonra dosent vəzifələrində çalışıb, bir müddət Roman-german filologiyası kafedrası ilə əməkdaşlıq edib

·         1971-ci ildə namizədlik dissertasiyası müdafiə edib

·         1975–76-cı illərdə germanistikanın mərkəzi sayılan Leypsiq şəhərində (Almaniya) Karl Marks adına universitetdə 10 aylıq ixtisasartırma kursunda olmuşdur

·         1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib

·         1993-cü ildə Alman dili kafedrasının professoru seçilib

·         1976–2003-cü illərdə Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb

·         2003–2009-cu illərdə Alman dili kafedrasının müdiri vəzifəsində işləyib

·         Hal-hazırda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir

·         Ailəlidir, 4 övladı var

 

Yuxarı