Fazil Eyvaz oğlu Abbasov

    Fazil Abbasov 1950-ci il dekabr ayının 8-də Azərbaycanın Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir.
    F. Abbasov 1973–86-cı illərdə M. A. Topçubaşov adına Klinik və Eksperimental Cərrahlıq İnstitunda kiçik elmi işçi, baş elmi işçi, kəskin ürək çatışmazlığı laboratoriyasının müdiri işləmiş, 1986–91-ci illərdə Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İn-tunda anesteziologiya-reanimatologiya şöbəsinin, 1991–94-cü illərdə torakal onkologiya şöbəsinin rəhbəri olmuşdur. 1994-cü ildən M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ürək cərrahlığı şöbəsinin müdiridir (1999-cu ilədək eyni zamanda in-t direktorunun elmi işlər üzrə müavini olmuşdur)

Yuxarı