Cavid Şakir oğlu Hüseynov 09 mart 1988-ci ildə, Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub.
Peşəkar futbolçu karyerasına 2005-ci ildə «Turan» kamandasında başlayan Cavid Hüseynov ölkədə «Neftçi», «Qəbələ», «İnter» (hazırkı «Şamaxı»), «Zirə» kimi klubların formasını geyinib. 2012/2013 mövsümündə Hüseynov Türkiyədə «Adana Demirspor»un uğurları üçün çalışıb. Eyni zamanda Cavid Hüseynov bir neçə mövsüm futbol üzrə Azərbaycan milli komandasının heyətində meydana çıxıb.
2021-ci ildə Cavid Hüseynov tərəfindən yradılan “Cəbrayıl” futbol klubu 2022/2023 mövsümündə Azərbaycan Region Liqasında çıxış edib. Ötən mövsümdə ikinci liqada çıxış edən komanda, qısa müddət ərzində uğurla çıxış edərək 2024/2025 mövsümündə birinci liqaya yüksəlib.
22 iyun 2022-ci ildə “Şamaxı» klubunun baş məşqçisi təyin olunan Cavid Hüseynov 2024-cü ildə «Turan Tovuz» klubunda baş məşqçinin köməkçisi kimi çalışıb. 11 noyabr 2024-cü ildə onun klubla müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib və həmin gün o, “Səbail» klubunun baş məşqçisi təyin olunub.
Cavid Hüseynov