Yarəhmədli kəndi

 

Rayon mərkəzindən 5 kilometr cənub-şərqdə, Cəbrayıl şəhər İnzibati ərazi da- irəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. Yaşayış məntəqəsini Cəbrayılın altı oğlundan biri — Yarəhməd saldığına görə oykonim belə adlandırılmışdır. Kənd XVI əsrdə salınmışdır. Sözün birinci komponenti yerində işlənən «yar»-«əziz, sevimli» mənasındadır. İkinci komponentin yerində işlənən “Əhməd» şəxs adı olub, mənası «təriflənməli», «tərifə layiq» deməkdir. Oykonimin sonundakı «-li» mənsubluq, aidlik bildirən şəkilçidir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Yuxarı