Əli Ruf oğlu Məmmədov 15 mart 1947-ci il Azərbaycan respublikası Cəbrayıl rayonu Maralyan (Aşağı Maralyan) kəndində dəmir yolçu ailəsində anadan olub.
1954-cü ildə Maralyan 8-illik məktəbinə daxil olub 1962-ci ildə 8-ci sinifi bitirib.1962-ci il tarixdə Bakı Dəmir Yolu Nəqliyyatı texnikomuna Hərəkətin təşkili və istismarı fakultəsinə daxil olub, 1966-cı ildə bitirib. 1966 ci ildə Rastov Dəmir yolu inustunun Hərəkətin təşkili və idarə edilməsi fakultəsinə daxil olub.
Əmək faliyyətinə 1965-ci ilin İyun ayında Bakı-yük stansiyasında yük-qəbul-təhvilçisi və sonra Yol dəyişdiricisi vəzifəsi ilə başlayıb,1966-cı ilin noyabr ayında Keşlə stansiyasında texniki kontorunda Vaqon yazan, Böyük yol dəyişdiricisi, Post növbətçisi vəzifəsində işləyib. 1968-ci ilin avqust ayında Sumqayıt stansiyasında stansiya növbətçisi vəzifəsinə təyyin olunub.1969-cu ilin noyabr ayında Azərbaycan Dəmir Yolu İmişli hissəsinin Qatar dispetçeri vəzifəsinə təyyin olunub və İmişli hissəsinində Böyük mühəndis, Hissə üzrə növbətçi Naxçıvan Dəmir Yolu Hissəsində Hərəkət şöbəsinin istismar üzrə müavini vəzifələrində işləmişdir.
1979-cu ilin avqust ayında Sabirabad rayonunda yerləşən Sabir stansiyasına rəis, 1987-ci ilin mart ayında Naxçıvan Dəmir Yolu hissəsinin rəisinin birinci müavini vəzifəsinə təyyin olunub.
2004-cü ilin fevral ayında Azərbaycan Dəmir Yollu Daşıma Proseslərinin İdarəetmə Birliyinin rəisinin Cənub istiqaməti üzrə müavini, 2010-cu ilin May ayında Bölmə rəisi vəzifəsinə təyin olunub və 2020-ci ilin fevral ayında Təqaüdə çıxmışdır.
1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə Əməkdə fərqlənmə Medalı, 1986-cı ildə SSRİ Yollar Nazirliyinin qərarı ilə Şöhrət ordeni,1990-cı ildə SSRİ Yollar Nazirliyinin qərarı ilə Fəxri Dəmir Yoluçu nişanı ilə təltif edilmişdir.
1989-cu ildə Cəhbədə növbəli postlarda olduğuna görə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə ona Müharibə vetiranı adı verilib.
1993-cü ilin oktyabr ayının 23-də Emanilər tərəfinin Cəbrayıl və Fizuli rayonlarını işğal etməsi nəticəsində Horadiz stansiyasında 54 Örtülü vaqon Mülkü əhali 18-ədəd yüklü vaqonlaran mühasirədən çıxarılmasını öz üzərinə götürüb iki Lokomotivlə o insanları və əmlaklarını çox çətinliklə olsada atəş altında itkisiz çıxarda bilib və İmişli stansiyasına gətirib.
2010-cu il oktyabr ayında Azərbaycan Respublikasının Prizidentinin Sərəncamı ilə Əməkdar Mühəndis Fəxri adı, 2017-ci ilin oktyabr ayında isə Azərbaycan Respublikasının Prizidentinin Sərəncamı ilə Prezidentin Fərdi təqaüdü verilib .
Məmmədov Əli Ruf oğlu