Qarabağ müharibəsi şəhidi doğulduğu Cəbrayıl torpağında dəfn edilib

    Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Cəbrayıl rayonunun Horovlu kənd sakini Quliyev Müşfiq İbrahim oğlunun dəfn mərasimi keçirilib.
    Mərasimində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
    Dəfn mərasimində hərbi orkestrın müşayəti ilə Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb, doğulduğu Horovlu kənd qəbiristanlığında dəfn edilən şəhidin ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət bayrağını qardaşı Quliyev Faiq İbrahim oğluna təqdim edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Yuxarı