Daha 32 Cəbrayıllı ailənin yurd həsrəti sona çatdı

     Bu gün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müxtəlif üvanlarda məskunlaşmış daha 32 Cəbrayıllı ailənun yurd həsrəti sona çatdı. Səhər saatlarında Qaradağ rayonu Qobu Park-3 yaşayış kompleksindən yola düşən maşın karvanı daha 153 nəfər Cəbrayıllını doğma torpağına qovuşduracaq.
    Bu günə qədər ümumilikdə 358 ailə — 1487 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülməsi təmin edilmişdir ki, onlardan 171 ailə 701 nəfər Bakı, 31 ailə 120 nəfər Sumqayıt şəhərlərində, 31 ailə 137 nəfər Abşeron, 92 ailə 393 nəfər Biləsuvar, rayonlarında, 33 ailə 136 nəfər isə digər şəhər və rayonlarda məskunlaşmış, keçmiş məcburi köçkün Cəbrayıl şəhər sakinləridir.

Yuxarı