Mehdi Mehdizadə(18 .01.1903-1.05.1984)

    Mehdizadə Mehdi Məhəmməd oğlu 1903-cü ildə indiki Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olmuşdur.   1919-cu ildə Daşkəsən kənd ibtidai məktəbi bitirmiş və növbəti ilin noyabrından Daşkəsən kənd qiraət komasının müdiri kimi əmək fəaliyyətinə başlamışdır. 1921-ci ildə 6 aylıq pedaqoji kursu bitirib və həmin ilin sentyabrından birinci dərəcəli Daşkəsən kənd məktəbində müəllim işləməyə başlamışdır.

   1923-cü ildə Azərbaycan Pedaqoji İnstitutu yanında hazırlıq kursuna, 1924-cü ildə isə institutun fizika-riyaziyyat fakültəsinə qəbul olmuşdur.
    Mehdizadə 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutu bitirmiş və Qaryagin (indiki Füzuli) şəhərində II dərəcəli məktəbə fizika və riyaziyyat müəllimi kimi göndərilmişdir.
     Mehdi Mehdizadə 1927-ci ildə Cəbrayıl qəza Xalq Maarif Şöbəsi yanında metodika bürosunun rəhbəri, 3 il sonra, 1930-cu ilini mart ayından isə Azərbaycan Xalq Maarif Komissarlığının İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi və xalq komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi vəzifəsinə təyin edilmişdir.
    O, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü (9.31.1967) olub, uzun illər Azərbaycan SSR Maarif Nazirliyinə rəhbərlik edib.

     Mükafatları:
• SSRİ maarif əlaçısı (29.04.1959)
• Lenin ordeni (1960)
• «Qırmız Əmək Bayrağı» ordeni (1966)
• «Qırmız Əmək Bayrağı» ordeni (1971)
• «Krupskaya medalı» (03.01.1973) (Böyüməkdə olan nəslin təlim-tərbiyəsinə görə)
• «Qırmız Əmək Bayrağı» ordeni (1976)
• SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (12.02.1980)
• «Əmək veteranı» medalı (31.08.1981)
• «Azərbaycan SSR-nin Əməkdar elm xadimi» (1982)
    Bakı şəhərinin mərkəzi küçələrdən biri Mehdi Mehdizadənin adını daşıyır.

Yuxarı