Əsədov Səbuhi Azər oğlu – 19 yanvar 1999-cu ildə Bakı şəhəri Suraxanı rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Hasanlı kəndindən olan Səbuhi 2005-2016-cı illərdə Suraxanı rayonu 85 nömrəli tam orta məktəbində təhsil almışdır. 14 iyul 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Mingəçevirdə keçirən Səbuhi Əsədov 27 sentyabr 2020-ci ildə vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 10 oktyabr 2020-ci ildə Talış və Suqovuşan istiqamətindəki döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhid olub. Suraxanı rayonu Bülbülə qəsəbəsindəki şəhidlər məzarlığında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Əsədov Səbuhi Azər oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, «Suqovuşannın azad olunmasına görə» və «Cəsur döyüşçü» medalları ilə təltif edilmişdir.
Əsədov Səbuhi Azər oğlu