Allahquliyev Mahir Məhəmməd oğlu

     Allahquliyev Mahir Məhəmməd oğlu 1968-ci ildə iyunun 11-də Cəbrayıl rayonunun Xanağabulaq kəndində anadan olub. Anası Dağtumas kəndindən müəllim Rasta Hüseynova, atası aşıq Məhəmməd Allahquliyevdir. Mahir 1975-ci ildə Qazanzəmi kənd orta məktəbinə 1-ci sinfə daxil olur. 1985-ci ildə həmin məktəbi bitirib 1 il sonra hərbi xidmətə yollanır. Hərbi xidmətini Stavrapolskidə başa vurduqdan sonra 1988-ci ildə könüllü olaraq özünümüdafiə dəstəsində döyüşlərə qatılır. 1993-cü ilin 12 aprel tarixində ailə həyatı quran Mahir 1993-cü il avqustun 23-də itkin düşür. 1994-cü il fevralın 5-də oğul övladı Sadiq Allahquliyev dünyaya gəlir. 2-ci Qarabağ müharibəsindən sonra rus jurnalisti sosial şəbəkələrdə bəzi materiallar yayımlayır, bununla da Mahir Allahquliyevin erməni gülləsinə tuş gələrək, şəhid olduğu öz təsdiqini tapır.Şəhidin xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayonunun Cəbrayıl şəhərciyində büstü qoyulub.

Yuxarı