İstedadlı gənclərimizi tanıyaq

   İstedadlı gənclərimizi tanıyaq        Əslən Cəbrayıl rayonunun Hacılı kəndindən olan 15 yaşlı, 10-cu sinif şagirdi Şükürlü Röyal Vüqar oğlu İtaliyanın paytaxtı Roma şəhərində keçirilən “Fibonacci” Beynəlxalq robot yarışmasının qalibi olub.        Uşaqlıqdan leqo modellərinin yığılmasına böyük maraq göstərən Şükürlü Röyal istər Azərbaycanda, istərsə də ölkə xaricində təşkil olunan robot yarışlarında…

ətraflı oxu

Rayon haqqında

Cəbrayıl rayonu haqqında məlumat (işğaldan əvvəl) Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində — Araz çayının sol sahilində — cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan…

ətraflı oxu

Rəhimov Zamin Vahid oğlu

Rəhimov Zamin Vahid oğlu — 21 aprel 1988-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. 2006-cı ildə Binəqədi rayonunda fəaliyyət göstərən Sirik kənd tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, 2008-ci ildə hərbi xidmətini başa vurmuşdur. Şuşa Musiqi texnikumunun qarmon ifası üzrə müəllim ixtisasına yeyələnən Zamin Rəhimov 2013-cü ildən Cəbrayıl rayon, Mahmudlu kənd…

ətraflı oxu

Şahvediyev Böyükağa  Savalan oğlu

    Şahvediyev Böyükağa  Savalan oğlu — 15 iyun 1998-ci ildə Biləsuvar rayonunda anadan olub. 2004-cü ildə Biləsuvar rayonu, 5 saylı qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayon 10 saylı tam orta məktəbin birinci sinfinə getmiş, 2015-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. 2019-cu ilin iyul ayında həqiqi hərbi…

ətraflı oxu

Əlizadə Nicat Qorxmaz oğlu 

    Əlizadə Nicat Qorxmaz oğlu – 15 sentyabr 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Tinli kəndindən olan Nicat ilk təhsilini Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon, Hal kənd tam orta məktəbində almışdır. 2016-cı ildə Biləsuvar rayonu ərazisində salınmış 11 saylı qəsəbədə fəaliyyət göstərən V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin ümumi…

ətraflı oxu

Əliyev Ziyadxan İbrahim oğlu

    Əliyev Ziyadxan İbrahim oğlu — 12 yanvar 1997-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Ziyadxan 2003-2011-ci illərdə Kürdəmir rayon Carlı kənd, 2012-2014-cü illərdə Qubadlı rayon Fərcan kənd tam orta məktəbində təhsil almışdır. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində təhsilini davam etdirmiş, ali təhsilini başa vurduqdan sonra 2019-cu…

ətraflı oxu

Ataşov Asif Kərim oğlu

    Ataşov Asif Kərim oğlu –10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid…

ətraflı oxu

Hacıyev Fərid Təşkilat oğlu

     04 oktyabr 1989-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 2006-cı ildə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbini bitirmişdir. Vətənə olan sevgisi onu hərbi xidməti bitirdikdən sonra yenidən hərbi xidmətə getməyə sövq edir. Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında…

ətraflı oxu

Murad Köçəri oğlu Babayev (10.12.1951-06.01.2013)

    Murad Babayev 10 dekabr 1951-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanı ailəsində anadan olub. 1968-1973-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977-1980-cı illərdə Bakı şəhərində açılmamış ölüm hadisələri üzrə müstəntiq, 1982-ci ildə Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb.  1987-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun…

ətraflı oxu
Yuxarı