Hüseynov Elxan Maarif oğlu

     Hüseynov Elxan Maarif oğlu –  12 mart 2000-ci ildə Qaradağ rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan Elxan ilk təhsilini Xanış Rüstəmov adına Böyük Mərcanlı kənd tam orta məktəbdə almış, 2015-ci ildə həmin məktəbin IX sinfini bitirərək ümumi orta təhsil almışdır.  2018-2019-cu illərdə həqiqi hərbi xidmətə olub. Hərbi xidməti bitirdikdən sonra xüsusi təyinatlılarda müddətli hərbi xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında böyük rəşadət göstərmişdir. Baş kəşfiyyatçı idi. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Laçın istiqamətlərdə gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur.  Şuşa istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən güllə yarası alır. Xəstəxanaya aparılarkən TTY maşını minaya düşür və möcüzə nəticəsində həyatda qalır. Bir aydan çox komada olan Elxanı həkimlərin səyinə baxmayaraq həyata qaytarmaq mümkün olmur. 13 dekabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalır. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Hüseynov Elxan Maarif oğlu ölümündən sonra  3-cü dərəcəli «Rəşadət» ordeni, “Vətən uğrunda», Şuşanın azad olunmasına görə», «Füzulinin  azad olunmasına  görə», «Cəbrayılın azad olunmasına görə «, «Kəlbəcərin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə», «Cəsur döyüşçü» və «Ağdamın azad olunmasına görə»   medalları ilə təltif edilmişdir.

Yuxarı