Kərimov Həşim Məhid oğlu 01 iyul 1925- ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndində anadan olmuşdur.
1943 -cü ildə hərbi xidmətə çağırılmış, lakin ön cəbhədə yox, 4 nəfər Cəbrayıllı ilə 6 il Yardımlı sərhəd zastavasında qulluq etmişdir.
1950-ci ildə Cəbrayıl milis şöbəsində milis nəfəri vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1951 -ci ilin may ayında rayon maliyyə şöbəsinin müdiri Topuş Əhmədov onu vergi müfəttişi vəzifəsinə dəvət edib, 1 il sonra Bakı maliyyə kredit texnikumda qiyabi şöbəyə daxil olub, 1956-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Bu minvalla o, 27 il Cəbrayıl maliyyə şöbəsində dövlət gəlirləri müfəttişliyinin rəisi (indi vergi idarəsi) işləmişdir. Hətta rayon Fizuli rayonuna birəşdiyi 2 il ərzində də bu vəzifəni icra etmişdir. Orta ixtisas təhsili olmasına baxmayaraq tabeliyində işləyən ali təhsilli A. Abbasov, N. Nurməmmədov, B. Allahverdiyev onun təcrübəsindən bəhrələnmişlər.
Oğlu Arif Məhidovun dediklərindən: Mən bir dəfə rayon icraiyyə komitəsində işlədiym vaxtlar problemlərlə əlaqədar maliyyə nazirinin müavini Ş. Vəkilovun yanında oldum. O məndən Həşim Kərimovu soruşdu. Mənim gözlərim doldu, oğluyam, vəfat edib dedim. Nazir müavini də kövrəldi, respublikada yaxşı maliyyə işçisi idi dedi.
1978- ildə rayonda kolxozların bazasında 5 sovxoz yarandı. Atam kəndimizdə sovxozun baş iqtisadçı vəzifəsinə getdi. Yeni yaranmış sovxozda işləri sıfırdan başlamaq lazım idi. Yeni normativlər təşkil etmək ağır zəhmət tələb edirdi.
1980- ci ildə Həşim Kərimov xəstələnir, 2 il sonra bununla əlaqədar pensiyaya çıxır. 1984-ci oktyabr ayının 4-də ürək tutmasından dünyasını dəyişir.
Onun rayonda böyük hörməti vardır.
Əgər yaşasaydı bu gün 100 yaşı tamam olacaqdı.