«Azərbaycan toponimləri. Ensiklopediyası lüğəti»ndə deyilir ki, Cəbrayıl rayonunda Qarabağ silsiləsinin ətəyində yerləşir. İmanbağı da adlanır. Yerli məlumata görə, yaşayış məntəqəsini keçmiş Mirzəcanlı kəndindən köçmüş ailələr İmambağı adlı ərazidə saldığı üçün belə adlanmışdır.
Mürəkkəb quruluşa malik bu oykonim «İmam» və «bağı» sözləri əsasında formalaş- mışdır. «İmam» dini, «bağ» isə coğrafi termindir. Yaşayış məntəqəsi vaxtı ilə müqəddəs bir şəxsə-imama məxsus bağ ərazisində salındığına görə belə adlanmışdır.