Bayramlı Tural Ədil oğlu

   Bayramlı Tural Ədil oğlu -10 fevral 1996-cı ildə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən olan Tural 2003-2014-cü illərdə Cəbrayıl rayon Dağtumas kənd tam orta məktəbində təhsil almışdır. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən N saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət etməyə başlayıb. Daxili Qoşunların Xüsusi Təyinatlı baş çavuşu olub. T.Bayramlı 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Beyləqan rayon məzarlığında (Cərcis Peyğəmbər) dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bayramlı Tural Ədil oğlu ölümündən sonra “Vətən uğrunda” və «Şuşanın azad olunmasına görə»  medalları ilə təltif edilmişdir.

Yuxarı