03 sentyabr 1997-ci ilin tarixində Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olmuş, əslən Cəbrayıl rayon Sarıcallı kənd sakini, əsgər Mahmud Azər oğlu İbrahimov 2016-cı ilin aprel ayında Azərbaycan Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Mahmud İbrahimov Abşeron rayonunun Mehdiabad qəsəbəsində son mənzilə yola salındı. Mahmud İbrahimov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Hərbi xidmətdə fərqlənməyə görə» III dərəcəli medalı ilə təltif edilmişdir.
Mahmud İbrahimov