10 oktyabr 1994- cü ildə Biləsuvar rayonunun ərazisində yerləşən 2 saylı çadır şəhərciyində dünyaya gəlib. Şəhid kəşfiyyatçı 2012-ci ildə Cəbrayıl rayon Ramiz Xudiyev adına Minbaşılı kənd tam orta məktəbinin 11- ci sinfini bitirib, həqiqi hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında qulluq edib. Ruhin Qəhrəmanov 2016-cı ilin aprel ayının 2- də Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Aprelin 4-ü Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir. Ruhin Qəhrəmanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «İgidliyə görə» medalı ilə təltif edilib.