Şahvediyev Böyükağa  Savalan oğlu

    Şahvediyev Böyükağa  Savalan oğlu — 15 iyun 1998-ci ildə Biləsuvar rayonunda anadan olub. 2004-cü ildə Biləsuvar rayonu, 5 saylı qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayon 10 saylı tam orta məktəbin birinci sinfinə getmiş, 2015-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər Böyükağa Şahvediyev   08 oktyabr 2020-ci il tarixdə Füzuli, Cəbrayıl rayonları istiqamətindəki döyüşlər zamanı böyük şücaət göstərərək qəhrəmancasına Şəhid olmuşdur. Subay idi. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şahvediyev Böyükağa  Savalan oğlu ölümündən sonra “Vətən uğrunda” və «Cəbrayılın azad olunmasına görə»  medalları ilə təltif edilmişdir.

Yuxarı